Saakaşvili: "Rusiya Belarusu işğal etməyə hazırlaşır"
"Rusiya Belarusu işğal etməyə hazırlaşır". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər Odessanın sabiq qubernatoru Mixail Saakaşviliyə məxsusdur.
O, hətta bir qədər də irəli gedərək Belarusun işğalına "Qərb" birgə hərbi təlimləri çərçivəsində başlanacağını iddia edib.
Sabiq qubernator deyib ki, ölkənin işğal təhlükəsi getdikcə daha da artır. Yeri gəlmişkən, 14-20 sentyabr tarixlərində Belarus ərazisində keçiriləcək hərbi təlimlər Qərbin də narahatlığına səbəb olub. Belə ki, ABŞ-ın Estoniyadakı səfiri Ceyms Melvill təlimlərdə məqsədin ABŞ hərbçilərinin baltikyanı ölkələrdə yerləşdirilməsindən ibarət olduğunu deyib, Litvanın Müdafiə Nazirliyi isə təlimləri milli təhlükəsizlik üzrə hesabatına daxil edib.
Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov da yayılan məlumatlara münasibət bildirərək, bunu tarix boyu mövcud olan rusofobiyanın təzahürü adlandırıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV