ABŞ-ın neft ehtiyatlarının azalması neftin qiymətini sabitləşdirib
ABŞ-ın neft ehtiyatlarının azalması birjalarda qiymətləri sabitləşdirib. APA TV-nin məlumatına görə, ABŞ Energetika Nazirliyi ölkənin kommersiya neft ehtiyatlarının həftə ərzində 6,5 milyon barel azaldığını açıqlayıb. Hazırda Birləşmiş Ştatların anbarlarında 475,4 milyon barel neft ehtiyatı qalıb. Ölkədə benzin ehtiyatlarının həcmi isə 3,4 milyon barel artaraq 231,1 milyon barel təşkil edib.
ABŞ-ın neft ehtiyatlarının azalması OPEK-in hasilatı azaltmaq sövdələşməsinin effektini artırır. Sövdələşmənin əsas hədəflərindən biri aparıcı iqtisadiyyatlarda neft ehtiyatlarının azalmasına nail olmaqdır. Abu-Dabi görüşünün yekun sənədində OPEK üzvləri öhdəliklərə əməl etməyə çağırılıb. Sənəddə qeyd olunur ki, razılaşmaya imza atan hər dövlət məsuliyyətini dərk etməlidir.
Bu gün birjalarda "Brent" markalı neftin bir bareli 52,83 dollardan satılır, Qərbi Texas nefti isə 49,69 dollardan təklif olunur. Sabah ABŞ-da şist nefti hasilatına cəlb olunan buruqların sayı açıqlanacaq, proqnozlara görə buruqların sayının bu həftə də artacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV