Piyadanı vuran sürücü onu təcili xəstəxanaya çatdırdı - VƏZİYYƏTİ AĞIRDIR

Paytaxtın Binəqədi rayonunda piyadanı avtomobil vurub.

APA TV xəbər verir ki, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Novruzov Şükür Məhərrəm oğlunun idarə etdiyi "VAZ 2106" markalı, "90-OC-916" dövlət qeydiyyat nişanlı avtomobil 28-30 yaşlarında bir kişini vurub.

Sürücü xəsarətləri ağır olan piyadanı öz avtomobili ilə 1 saylı Xəstəxanaya çatdırıb. Yaralının vəziyyətinin hazırda ağır olduğu deyilir.

Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR