Həyətində çətənə kolları yetişdirən Tovuz sakini polisə "ilişdi"
Bağında narkotik tərkibli bitki əkən Tovuz sakini saxlanılıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində çətənə kolları əkib becərən Qovlar şəhər sakini, 1959-cu il təvəllüdlü Kərim Kərimov saxlanılıb.
Həyətyanı sahəyə baxış zamanı oradan aqrotexniki qaydada becərilən 5 kq-dan artıq çəkidə 10-a yaxın narkotik tərkibli çətənə kolu, evindən isə 25 qram qurudulmuş halda marixuana aşkarlanaraq məhv edilib. K.Kərimov çətənə kollarını öz istifadəsi üçün əkib becərdiyini deyib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
296
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
362
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
361
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1038
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
963
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1303