Bu dəfə Balakən sakini evində əkdiyi çətənə kollarının güdazına getdi

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaşxaş - 2017” şərti adı altında Balakən rayonunda əməliyyat keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Hənifə kənd sakini, 1980-ci il təvəllüdlü Vüqar Əhmədovun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilib.

Mətanət Həşimova Balakən RPŞ-nin müstəntiqi

Evin həyətyanı sahəsindəki istixanada və qarğıdalı əkilən hissəsində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən, hündürlüyü 35 sm-dən 3,8 metrə qədər olan 22 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları, yaşadığı evdə isə 31 ədəd şəffav plastik qablarda ümumi sayı 31 ədəd olan çətənə bitkisinin ştilləri əşkar edilərək götürülüb.

Əməliyyatın davamı olaraq evin və həyətyanı sahənin müxtəlif hissələrində qablaşdırılaraq saxlanılan ümumi çəkisi 3,5 kq olmaqla qrudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Balakən RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR