Göygöldə mikroavtobusla minik maşını toqquşub, ölən və yaralananlar var
Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “Ford" markalı sərnişin daşıyan mikroavtobusla “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü, 1956-cı il təvəllüdlü Təvəkkül Qasımovun öldüyü, dörd nəfərin isə xəsarət aldığı bildirilir.
Xəsarət alan şəxslər - 1948-ci il təvəllüdlü Xanımzər Quliyeva, onun oğlu 1977-ci il təvəllüdlü Şöhrət Quliyev, nəvəsi 2005-ci il təvəllüdlü Əli Quliyev və 1949-cu il təvəllüdlü İveta Əliyevadır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
297
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
363
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
362
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1038
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
963
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1303