Bakıda ağackəsmə qalmaqalı: qarşılıqlı ittihamlar - KİMDİR HAQLI?
"Mən bu binanın sakiniyəm. Məndən başqa burada bu qədər adam yaşayır. Burada dörd ədəd doqquzmərtəbəli, iki hündürmərtəbəli bina, ortada da bir uşaq meydançası var. Bu, bizim yeganə istirahət yerimizdir. Burada biz özümüz ağac əkmişik. Bir ay bundan əvvəl bizə dedilər ki, Zeynalov soyadlı bir nəfər gəlib burada bina tikəcək, düz bizim həyətimizin ortasında. Biz buna razı deyilik, ona görə ki, bizim başqa yerimiz yoxdur".
Nailə Kərimovanın və digər sakinlərin haqqında danışdığı ərazi Xətai rayonu, Məzahir Rüstəmov və Telnov küçələrinin kəsişməsindəki 19 və 10 nömrəli binalardır. Sakinlərin etirazına səbəb olan isə həyətdə elə onların özü tərəfindən əkilən ağacların kəsilərək ərazidə tikinti işlərinin aparılacağı xəbərləridir. Sakinlər Xətai rayon İcra Hakimiyyəti, bələdiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də ərazinin aid olduğu 87 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etsələr də...
"JEK" işçisi də qaçır, cavab vermirlər. Üç nəfər oradadır. Bu, günahı onun, o da bunun üstünə atır. Səbəb nədir? Gəlsinlər baxsınlar. Belə olmaz da. Hamısı qaçıb gedib gizlənirlər".
Sakinlərin şikayətini dinləyirdik ki, az qala hər cümlədə hədəf göstərdikləri 87 saylı Mənzil-Kommunal İstismar sahəsinin Çingiz adlı mühəndisi gəlib çıxsa da məsələdən xəbərsiz olduğunu iddia etdi. Onun bu açıqlaması sakinlərin müdaxiləsi ilə qarşılandı: "Burada heç bir ağac kəsintisi yoxdur. Olmayıb, ola da bilməz. Hələ ki biz buradayıq, heç bir ağac kəsintisi olmayıb. Heç bir işarə görməmişəm, məlumatım yoxdur".
Sakinlərin iddiasına görə, kimlərinsə kəsmək istədiyi ağacları çəkib göstərməyi özümüzə borc bilirik.
Sakinlərlə bərabər sahəni hasarlamağa gələn fəhlələrə yaxınlaşdıq. Vətəndaşların iş icraçısı olaraq nişan verdiyi şəxs müsahibəyə razılıq verməsə də, şifahi olaraq bildirdi ki, onların tikinti aparması üçün hüquqi məsələlər həll olunub, dövlət qurumlarının razılığı da alınıb. Yəni, sakinlərin şikayəti əbəsdir.
Xətai rayonu icra hakimiyyətinin baş memarı Vadim Surxayev isə bildirir ki, bina sakinlərinin iddiaları əsassızdır: "Bu sakinlərin istəyi ilə deyil ki. Beş nəfər, üç nəfər sakin istədiyini danışa bilər. "Ağ şəhər"də söküntü gedir bu dəqiqə, yüzlərlə adam narazıdır. Amma söküntü getməlidir də. Çünki, dövlət ehtiyacları üçün həmin tikililər geri alınır və şəhər salınır. Memarlıq və Şəhərsalma idarəsi bütün layihələri Şəhərsalma və Arxitektura Komitəsilə razılaşdırır. Bu, baş planın tərkib hissəsi kimi tikilir. Sakinin etirazı burada yersizdir. Bu gün Xətai rayonu ərazisində beş pilot layihə həyata keçirilir. Hər birində də sakinlər tərəfindən böyük narazılıq var. Bu narazılıq deyil, şəxsi iddialardır ki, mənim uşağım oynamağa yer tapmır. Bu gün əyləncə mərkəzləri, hər yanda parkımız, xiyabanlarımız var. Məhəllələrdə uşaq guşələri, böyüklər üçün istirahət üçün yer hazırlayırıq".
Vadim Surxayev tikintiyə bütün sənədləşmə tam hazır olduqdan sonra icazə veriləcəyini deyib: "Biz göstəriş verdik ki, materiallar yığışdırılsın. Biz istəmərik ki sakinlər narazı qalsın. Müvafiq izahat və maarifləndirmə işləri aparılacaq. Ora hasarlanma üçün tökülmüş materialları bu gün geri daşıyacaqlar. Ərazi tam təmizlənəcək, narazılığa səbəb olacaq amillər tam aradan qaldırılacaq. Sənədləşmə tam hazır olduqdan sonra müvafiq olaraq razılıq veriləcək".
Problemin qanunlar çərçivəsində həll olunacağına, yaşıllıqların mühafizə olunacağına ümid edək.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV