Qaradağda akkumulyator oğrusu ələ keçdi

Qaradağ Rayon Polis İdarəsi əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən yük avtomaşınlarından ehtiyat hissələri oğurlayan şəxslərə qarşı əməliyyat-axtarış tədbiri həyata keçirib.

 

APA TV-nin məlumatına görə, Qobustan qəsəbə sakini olan və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərdən biri 11-ci Polis Bölməsinə müraciət edərək idarə etdiyi “Daewoo” markalı avtobusdan dəyəri 500 manat olan iki ədəd akkumulyatorun naməlum şəraitdə oğurlandığını bildirib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini Ramal Qəhrəmanov saxlanılaraq məsuliyyətə cəlb edilib. İlkin araşdırma zamanı saxlanılan şəxsin Qaradağ rayonu ərazisində törətdiyi başqa analoji cinayətlərin də üstü açılıb.

 

Araşdırma zamanı saxlanılan şəxsin Səbail rayonu ərazisində 5 yük avtomobilinin akkumulyatorunu oğurladığı da məlum olub.  Qeyd edilən faktlarla başlı Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR