Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Bakının Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanında bağlı qapı arxasında azyaşlı köməksiz vəziyyətdə qalıb. APA TV-nin xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə məlumat daxil olub. Moto xilasedicilər dərhal hadisə yerinə yollanıblar.
Mənzilin qapısı bağlı olduğu üçün xilasedicilər pəncərədəki dəmir qoruyucuları xüsusi alət və avadanlıqların köməyi ilə kəsərək mənzilə daxil olublar. Əməliyyat uğurlu keçib və 2 yaşlı Zümrüd Abdullayeva xilas edilərək valideynlərinə təhvil verilib.
Azyaşlını müayinə edən Təcili Tibbi Yardım Xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, Z.Abdullayevanın səhhəti normaldır.
OXŞAR XƏBƏRLƏR
19:44
537
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
566
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
763
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2157
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2130
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1957