Rusiya, İsrail və ABŞ gizli danışıqlar aparıb - İSRAİL MƏTBUATI
Rusiya, İsrail və ABŞ Suriyada münaqişənin həllinə dair gizli danışıqlar aparıblar. APA TV-nin məlumatına görə, İsrail mətbuatı danışıqların Tel-Əviv üçün uğursuzluqla nəticələndiyini yazıb.
Danışıqlar Ammanda və Avropa ölkələrinin birinin paytaxtında keçirilib. Üç mərhələli məsləhətləşmələrdən İsrail narazılıq ifadə edərək sazişin imzalanmasına qarşı çıxıb. İsrailin əsas tələblərindən biri sazişin mətninə İran İslam İnqilabının Mühafizləri Korpusunun və Tehran rejiminə müxalif şiə silahlılarının Suriyadan çıxarılmasına dair müddəa salınması olub. İsrailin narahat edən məqam Suriyanın İranın dəstəyi ilə raket bazası funksiyasını yerinə yetirə bilməsi, İordaniya və İsrail üçün təhlükə yaratmasıdır.
Məxfi danışıqlarda Rusiya prezidentinin Suriya münaqişəsinin nizamlanmasına dair xüsusi nümayəndəsi Aleksandr lavrentyev, ABŞ prezidentinin İŞİD-ə qarşı mübarizədə digər ölkələrlə əlaqələrin koordinasiyası üzrə xüsusi nümayəndəsi Brett Makqurk və Suriya məsələləri üzrə xüsusi nümayəndə Maykl Ratni iştirak ediblər. İsrail tərəfi danışıqlarda XİN, ordu və xüsusi xidmət orqanlarının nümayəndələri səviyyəsində təmsil olunub.
İsrailin mövqeyini İordaniya təmsilçiləri də müdafiə edib. Buna rəğmən iyulun 7-də imzalanan sazişin mətninə İranın hərbi birləşmələrinə dair maddə daxil edilməyib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV