Gəncədə qutabxanada partlayış - XƏSARƏT ALANLAR VAR
Gəncədə partlayış olub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Əttarlar və Nizami Gəncəvi küçələrinin kəsişməsində, şəhər sakini Xaləddin Sarıyevə məxsus qutab bişirilən 4 kvadratmetrlik obyektdə qeydə alınıb.
Hadisə zamanı X. Sarıyev və orada işləyən 1965-ci il təvəllüdlü Qənirə Əsgərova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
X. Sarıyevin vəziyyətinin normal, Q. Əsgərovanın durumunun isə orta ağır olduğu bildirilir.
Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
297
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
363
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
362
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1038
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
963
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1303