Zaqatalada qardaş yaşlı bacısını bıçaqladı
Zaqatalada 62 yaşlı qadın qardaşı tərəfindən bıçaqlanıb
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-yə verilən məlumata görə, gecə saat 03:00 radələrində rayonun Aşağı Tala kənd sakini, 1955-ci il təvəllüdlü Rahilə Əhməd qızı Canımova bədənin çoxsaylı bıçaq yarası xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Zaqatala rayon Polis Şöbəsindən bildirilib ki, Rahilə Canımova yaşadığı ünvanda qardaşı Famil Canımovla şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə zamanı Famil Canımov bıçaqla bacısına çoxsaylı xəsarətlər yetirib.
Keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Famil Canımov saxlanılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
295
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
362
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
361
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1038
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
963
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1303