Bakıda ana və uşağı doğuş zamanı öldü - TƏFƏRRÜAT AÇIQLANDI
Bakı şəhərində ana və uşaq doğuş zamanı ölüb.
Hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınan ana və körpə ölümünün səbəbi Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasında araşdırılacaq. Komissiyanın sədri Sevinc Məmmədova APA-ya bildirib ki, qeydiyyatda olmayan hamilə qadın - 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova ağır vəziyyətdə xəstəxanaya daxil olub. Onun sözlərinə görə, 32 həftəlik hamilə qadının bətnində döl ölü vəziyyətdə olub: "Həkimlərin səyinə baxmayaraq ana və körpəni xilas etmək mümkün olmayıb. Ölümün səbəblərini araşdırmaq üçün ana və körpənin meyiti ekspertizaya göndərilib. Nazirliyin Doğuşayardım Komissiyasına təşrihin nəticələri və materiallar daxil olduqdan sonra ölümün əsas səbəbləri məlum olacaq".
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV