Qoşunların təmas xəttində növbəti monitorinq keçirilir
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik cəbhə xəttində monitorinq keçirir. APA TV-nin Qarabağ müxbirinin məlumatına görə, Ağdamın Quzanlı qəsəbəsinə gələn nümayəndə rayon icra başçısı Raqub Məmmədovla görüşüb.
Raqub Məmmədov cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yerli əhalinin qarşılaşdığı çətinliklər barədə məlumat verib.
Sonuncu dəfə monitorinq keçirildiyi gündən - 1 mart 2017-ci il tarixindən bu günə qədər Ermənistan silahlı qüvvələrinin 996 dəfə atəşkəsi pozduğunu qeyd edib. Ermənilər dinc əhalinin yaşadığı kəndləri ağır artilleriya qurğularından atəşə tutub. Təsərrüfatda çalışan kəndlilər dəfələrlə erməni hərbçilərin atəşinə məruz qalıb.
İcra başçısı cəbhəyanı yaşayış məntəqələrində yaşayan dinc əhalinin həyatının daim təhlükə altında olduğu barədə məlumat verib.
Görüşdən sonra qonaqlar cəbhə xəttində monitorinq aparmaq üçün qoşunların qarşıdurma xəttinin Sarıcalı kəndi istiqamətinə yollanıb. ATƏT nümayəndələrini Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri müşayiət edir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV