Tramp yenə "vurarıq" dedi, Pxenyan raketlərini ABŞ bazalarına tuşladı - TƏHLÜKƏ BÖYÜYÜR
ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya xəbərdarlıq edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Ev rəhbəri bildirib ki, əgər rəsmi Pxenyan ölkəsinə qarşı təhdidləri davam etdirəcəksə, dünyada indiyədək görülməyən qorxunc, şiddətli cavab zərbəsilə qarşılaşacaq.
D. Trampın bu açıqlamasına ilk reaksiya elə ABŞ-ın özündən gəlib. Respublikaçılar partiyasından olan senator Con Makkeyn bildirib ki, prezidentin təhdid dolu bəyanatı Vaşinqtonla Pxenyan arasındakı münaqişəni daha da alovlandırmağa hesablanıb.
Bu artada Şimali Koreyanın ABŞ-ın Sakit okeandakı Quam adasında yerləşən hərbi obyektlərinə "Hvanson-12" uzaqmənzilli raketləri vasitəsilə preventiv zərbələr endirməyə hazırlaşdığı məlum olub. Hədəflər arasında "B-52" bombardmançılarının olduğu "Andersen" aviabazası da var.
Rəsmi Pxenyanın sözçüsü bildirib ki, bu məqsədlə ölkənin hərbi aviasiyası döyüş hazırlığı vəziyyətinə gətirilib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV