Rusiyada vulkan püskürdü - SƏMANI KÜL QATI BÜRÜDÜ

Avqustun 9-da Kamçatka ərazisindəki "Şiveluç" vulkanı püskürüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, nəticədə vulkanın buraxdığı nəhəng kül qatı dəniz səviyyəsindən 12 kilometr hündürlüyə qalxaraq, 200 kilometr boyunca ətrafa yayılıb. Bundan əlavə vulkanın külü yaxınlıqdakı Klyuçi qəsəbəsini cənginə alıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yerli sakinlərin həyatı üçün təhlükə yoxdur.

 

Qeyd edək ki, 2009-cu ilin yazından püskürməyə başlayan "Şiveluç" vulkanı qəsəbənin 45 kilometrliyində yerləşir. Onun hündürlüyü dəniz səviyyəsindən 3283 metr təşkil edir.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR