ABŞ-da hasilat artması neftin qiymətlərinə mənfi təsir edir
ABŞ-da neft hasilatının artması dünya neft bazarında qiymətlərə mənfi təsir edib.
APA TV-nin məlumatına görə, bu ölkədə istehsalın güclənməsi OPEK-in hasilatı azaltmaqla qiymətləri yüksəltmək siyasətini təsirsiz edir. Kartelə üzv ölkələrdən bəziləri və neft hasilatını dondurmağa söz vermiş bəzi ölkələr razılaşmaya əməl etmir. Abu-Dabidə keçirilən toplantıda İraq, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan istehsalın azaldılması razılaşmasına əməl edəcəklərini bildirib. Bununla belə bazar OPEK-in qiymət siyasətinə ciddi yanaşmayıb.
Birjalarda "Brent" nefti 51,95 dollardan təklif olunur. Bu ötən günün qiymətlərindən 30 sent ucuzdur. Qərbi Texas nefti də ucuzlaşıb. WTİ markalı neft hazırda 48,99 dollardan təklif olunur.
Qarşıdakı günlərdə qiymətlərə ən çox təsir edəcək amil ABŞ-da istehsalın artım sürəti və OPEK-də razılaşmaya əməl olunma səviyyəsi olacaq.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV