Lənkəranda görülməyən quraqlıq: fermerlər həyəcan təbili çalır

Lənkəranda susuzluq tərəvəz və bostan əkinçiliyinə ziyan vurub. Havaların quraqlıq keçməsi ilə yanaşı çaylarda sululuğun azalması fermerləri çıxılmaz vəziyyətdə qoyub.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın Cil kəndinin bir neçə sakinləri uzun illərdir ki, pay torpaqlarında qarpız, yemiş, pomidor və xiyar əkir. Bu il isə əkdikləri sahələri susuzluq səbəbindən suvara bilməyiblər. Onların sözlərinə görə, sonuncu dəfə əkin sahlərini may ayının son 10 günündə suvarmaq mümkün olub.

Yuxarı Xanbulançay hidroqovşağının istismarı idarəsinin sahə rəisi Ayıq Əliyev və qurumun bir neçə əməkdaşı da əkin sahələrində olub.

İdarə rəsmisinin sözlərinə görə, rayon ərazisində çəltikçilik inkişaf etdiyi üçün həmin ərazilərdə suya tələbat daha yüksəkdir. Bu səbəbdən bəzi sahələrə suyun verilməsində gecikmələr yaranır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR