Ermənilər Baş Qərvənd kəndinə yenə od vurdu

Ermənilər Ağdamı rayonunun işğal altında olan ərazilərinə növbəti dəfə od vurub.

APA TV-nin Qarabağ bürosu xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri rayonun Baş Qərvənd kəndini yandırmağa başlayıb.

Məlumata görə, alov kənddəki ağacların və tiklilərin yanmasına səbəb olub.

Hazırda kəndin yanması cəbhəyanı kəndlərdən də açıq-aydın müşahidə olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR