Novxanı yolunda ağır avtoqəza - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
Abşeron rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, Novxanı-Binəqədi yolunda qeydə alınmış hadisə zamanı iki "Mercedes" və bir "Vaz 2106" markalı minik maşınları toqquşub. Nəticədə iki azyaşlı - 6 yaşlı Gülçöhrə Seyidova və 2 aylıq Mehram Seyidov dünyasını dəyişib. Daha 5 nəfər - 1980-ci il təvəllüdlü Mehman Seyidov, 1988-ci il təvəllüdlü Könül Seyidova, 1992-ci il təvəllüdlü Ləman Mahmudzadə, 1992-ci il təvəllüdlü Lamiyə Mahmudzadə və 1978-ci il təvəllüdlü Mehdixan Vəkilov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, avtoqəza "Mercedes" markalı avtomobillərdən birinin sürücüsünün səhvi ucbatından baş verib. Sərxoş olduğu deyilən həmin sürücü avtomaşını yolun əks istiqamətində idarə etməklə qəza şəraiti yaradıb.
Sərxoş sürücü artıq saxlanılaraq məsuliyyətə cəlb olunub. Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.
OXŞAR XƏBƏRLƏR
19:18
308
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
370
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
368
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1039
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
963
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1305