Masallıda atmosferi çirkləndirən avtomobil sürücüləri cərimə olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Masallı Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Təmiz hava aylığı” çərçivəsində reyd keçirib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnib. Reydin keçirilməsində məqsəd avtomobillərin ixrac etdiyi qazların tərkibindəki zərərli maddələrin təsiri ilə atmosferin çirklənməsinə nəzarətin gücləndirilməsi və buna yol verən sürücülər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.
Masallıda aparılan yoxlamalar zamanı yol polisinin "saxla" əmrinə tabe olmayanlara da rast gəlinib. Texniki baxışdan keçməyən avtomobillərin sahibləri də cərimə olunub.
Saxlanılan təxminən 30 avtomobildən 6-da havaya atılan dəm qazının normadan artıq olduğu üzə çıxıb. Kimisi xüsusi cihazlarla nəqliyyat vasitələrinin yoxlanılmasına etiraz etdiyi halda, kimisi də bu cür problemləri yanacağın normaya uyğun olmaması ilə əlaqələndirib.
OXŞAR XƏBƏRLƏR
19:18
308
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
371
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
369
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1039
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
963
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1305