62 yaşlı Gəncə sakinini avtomobil vuraraq öldürüb

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Şəhər sakini, 1950-ci il təvəllüdlü Bəhmən Cabbarov idarə etdi “Hyundai” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakini, 1955-ci il təvəllüdlü Yeganə Verdiyevanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR