Tələbələrin ali məktəbə köçürülməsində problemlər - YENİ QAYDALAR
Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib. Nazirliyin sektor müdiri Sülhəddin Gözəlov bildirib ki, Bakıda yerləşən ali məktəblərdə köçürülmə zamanı tələbənin öz ixtisası üzrə qəbul ilində topladığı bal köçürüləcəyi ali məktəbdəki ixtisas üzrə qəbul balından yüksək olmalıdır.
"Bu şərt ödənməlidir. Tələbənin transfer.edu.az portalına müraciətinə baxmayaraq, bu şərt ödənməsə, müraciətdən imtina olunur. Bu hal isə tələbə və onun valideynində narazılıq yaradır. Köçürülmənin bəlli qaydaları var və həmin qaydalar gözlənməlidir".
Sektor müdiri qeyd edib ki, əsas narazılıqlar xüsusən MDB məkanında yerləşən ali məktəblərindən Azərbaycanın ali məktəblərinə köçürmələrlə bağlıdır.
“İstər MDB, istərsə də Qərb ölkələrinin ali məktəbləri olsun, əgər tələbə TOEFL, İELTS imtahanları ilə universitetə qəbul olunubsa, onların köçürülməsində hər hansı problem yoxdur. Hazırda bir sıra ölkələrdə ali təhsil biznes xarakteri daşıyır. Böyük sayda xarici universitetlər var ki, tələbə qəbulu imtahansız, yalnız attestatla aparılır. İmtahansız, attestatla xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin köçürülməsində məhdudiyyətlər var".
Sektor müdiri bildirib ki, fəaliyyəti dayandırılmış Təfəkkür Universitetinin tələbələri də transfer.edu.az portalı vasitəsi ilə istənilən ali təhsil müəssisələrinə köçürülə, yaxud da ixtisasını dəyişdirə bilər.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV