Saakaşvili Polşanı da tərk etdi: o, indi haradadır? - ÖZÜ AÇIQLADI
Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixail Saakaşvili Polşanı tərk edib.
APA TV-nin məlumatına görə, onun Litvaya getdiyi məlum olub.
Bu barədə o, "Facebook"da yazıb.
"Qardaş Litvada, xüsusən dostlar - Litvanın müstəqilliyinin əsasını qoyan Vitautas Landsbergis, hökumət üzvləri və prezidentliyə namizədlərin arasında olmaq hər zaman xoşdur. Mən Ukrayna və Gürcüstana verdikləri dəstəyə, eləcə də mənim vətəndaşlığımla bağlı tutduqları mövqeyə görə litvalılara təşəkkür etdim", - deyə M. Saakaşvili bildirib.
Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğundan M. Saakaşvilinin Cinayət Məcəlləsinin 4 maddəsi ilə ittiham olunduğu və onu 11 ilədək həbs gözlədiyi açıqlanıb.
İyulun 26-da isə M. Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması barədə məlumat yayılıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV