Azərbaycanda işsizlikdən sığorta sistemi yaradılır

İşsizlikdən sığorta sistemi 2018-ci il  yanvar ayının 1-dən qüvvəyə minəcək.  Bu sistemin fəaliyyəti üçün işəgötürənlər işsizlikdən sığorta haqqı ödəməlidirlər. Bu tarif qanunla 1 faizlə təyin edilib. Bu barədə məlumat verən əmək və əha­linin sosial müdafiəs­i nazirinin müavini İ­dris İsayev deyib ki, bu rəqəm dünya ölkələri ilə müqayisədə ən aşağı göstəricidir.

 

Biz tarif müəyyən edilərkən iki mənbəyə bölünüb. Tarifin 0,5 faizini işəgötürənlər ödəyəcək, 0,5  faizini isə  sığorta olunanların əmək haqqından tutulacaq. Bununla da işsizlikdən sığortanı  gəlir hissəsi formalaşacaq. Əldə olunan vəsaitlər passiv və aktiv məşğulluq tədbirlərinin  maliyyələşməsinə yönələcək.

 

İdris İsayev sığorta ödənişini almaq üçün şərtləri də açıqlayıb:

 

Sığorta ödənişini almaq üçün mütləq sığorta hadisəsi baş verməlidir. İşçi öz iradəsindən asılı olmayaraq öz iş yerini itiribsə, həmin şəxs sığorta ödənişini almaq hüququna malikdir.

 

Nazir müavininin sözlərinə görə, sığorta ödənişini almaq üçün  sığorta stajı 3 ildən yuxarı olmalıdır. Əgər sığorta ödənişini alan şəxsin himayəsində 18 yaşına çatmamış uşaq  varsa,  hər uşağa görə, 5 faiz məbləğində əlavə ödəniş alacaq.  

 

Əgər şəxsin 3 ildən 5 ilədək sığorta stajı varsa, o zaman sığorta stajının əməkhaqqının 50 faiz məbləğində sığorta ödənişi almaq hüququ var. Əgər həmin şəxsin stajı 5 ildən  10 ilə kimidirsə o zaman itirilmiş gəlirlərin 55 faizi məbləğində, əgər 10 ildən yuxarıdırsa, o zaman 60 faizi məbləğində sığorta ödənişini almaq hüququ var".

 

Əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli isə bildirib ki, nazirliyin xətti ilə həyata keçirilən ''Özünüməşğulluq proqramı''ndan hal-hazırda 1385 nəfərin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.

 

Onun sözlərinə görə, bu günə qədər proqram çərçivəsində 47 rayonda vətəndaşlara aktivlərin verilməsi yekunlaşıb. İşsiz və işaxtaran 856 şəxsin aktivlərlə təminatı həyata keçirilib. 29 rayonda isə aktivlərin verilməsi qismən təmin edilib. 446 nəfəri əhatə edən tenderlər artıq yekunlaşıb. Həmin vətəndaşlara da aktivlərin verilməsinə başlanılıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR