Prezident: "Azərbaycan və Türkmənistan əsrlər boyu dostluq şəraitində yaşayıb"

"Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq". APA TV-nin məlumatına görə, bu fikirləri prezident İlham Əliyev Azərbaycan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq şəraitində yaşayıb, bu gün iki müstəqil dövlət kimi əməkdaşlığı yeni səviyyəyə qaldırıblar.

Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələr var. Bu gün təkbətək görüşdə müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, bizim mövqeyimizdə eyni yanaşma var. Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir.

Prezident bu səfərdən sonra Azərbaycan-Türkmənistan əlaqələrinin daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR