Boru kəməri çəkilişi zamanı yerin altından qədim əşyalar çıxdı - GORANBOYDA

Goranboyda XII əsrə aid məişət əşyaları aşkarlanıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, tapıntılar rayonun Borsunlu kəndində boru kəmərinin çəkilişləri zamanı üzə çıxıb.

Arxeoloqların tədqiqatı zamanı ərazidən həmin dövrdə istifadə edilən çıraq, nehrə müxtəlif formalı gil qablar, rəngli kasalar tapılıb. Üzərində müxtəlif naxışlar, bəzəklər olan gildən hazırlanan qablar 900 ilə yaxın vaxt keçməsinə baxmayaraq öz keyfiyyətini itirməyib. Borsunlu kəndi ərazisində tapılan 30-a yaxın eksponat Goranboy Tarix Diyarşünaslıq muzeyinə təhvil verilib.

Tapılan əşyalar arasında kubok formalı iri qablar, böyük qapaqlar, bardaqlar daha çox diqqət çəkir. Tarixçilər bunun ərazidə sənətkarlığın inkişaf etdiyini, şəhər mədəniyyətinin formalaşdığının göstəricisi olduğunu deyir. Məişətdə istifadə olunan əşyaların hazırlanması həmin dövr insanları üçün o qədərdə çətinlik yaratmayıb. Borsunlu ərazisində tapılan maddi-mədəniyyət nümunələri  ərazidə geniş arxeoloji qazıntı işlərinin aparılmasını labüd edir.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR