Bakının mərkəzində yanğın: təmir sexi külə döndü
Bakıda avtomobil təmiri sexində yanğın baş verib.
APA TV-nin məlumatına görə, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 11 ünvanındakı avtomobil təmiri sexində qeydə alınıb.
Yanğın nəticəsində ərazidəki 9 təmir boksu yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində alovun ərazidəki digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın tam lokallaşdırılıb, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
308
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
371
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
369
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1039
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
963
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1305