Temperatur bu həddə yüksələcək - BU İL İLK DƏFƏ
Avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA TV-yə verilən məlumata görə, zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 25-28, gündüz 37-42, Bakıda gecə 26-28, gündüz 39-41 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 29-30, Türkan, Hövsan, Sahil, Şıxda 30-31 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 38-43, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV