Sənədsiz sürücülər, havanı çirkləndirən avtomobillər - UCARDA REYD
Ucarda atmosferi normadan artıq dəm qazı ilə çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib. APA TV-nin yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarından Ucar rayon Yol Polisi Bölməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı, 40-a yaxın avtomobil saxlanılıb, 30-a yaxın sürücüyə inzibati protokol tətbiq olunub.
İnzibati protokollar əsasən yoxlamalar zamanı müəyyən edilmiş atmosferi ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirən avtomobil sahiblərinə, təhlükəsizlik kəmərindən istifadə etməyənlərə, əlavə avadanlıq quraşdıranlara, sürücülük hüququ olmadan avtomobil idarə edənlərə tətbiq olunub. Yol Polisi Bölməsinin Baş İnspektoru Seymur Tağıyev reydin keçirilməsində əsas məqsədin atmosferin zərərli maddələrlə çirklənməsinin qarşısının alınmasını və həmçinin, yollarda baş verən qəzaların, sürət həddini aşan, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, texniki baxışdan keçməyən sürücüləri aşkar etməkdən ibarət olub.
Rəis müavini qeyd edək ki, reydlər bu ayın sonlarına kimi mütəmadi olaraq davam edəcək.
Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvərlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV