ABŞ Filippini bombalamağa hazırlaşır - SƏBƏB

"ABŞ Filippinə aviazərbələr endirilməsi ilə başlayacaq hərbi müdaxilə planını nəzərdən keçirir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə xəbəri mətbuata ötürən mənbələr bildirib ki, hava hücumları əsasən İŞİD-in bu ölkədəki hədəfləri, habelə ABŞ-ın regiondakı müttəfiqlərinə mane olan Filippin hərbçilərinə yönələcək.

 

Bu arada, avqustun 7-də dövlət katibi Reks Tillerson ölkəsinin terrorçularla mübarizə məqsədilə Filippinə bir neçə qırıcı göndərdiyini açıqlayıb.

 

Xatırladaq ki, mayın 23-də İŞİD tərəfdarı olan "Maute" qruplaşması Cənub-Şərqi Asiyada xilafət elan olunduğunu bəyan etdikdən sonra ölkə aviasiyası ərazidə geniş əməliyyatlara başlayaraq, şəhər üzərində nəzarəti bərpa edib.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR