Atları oğurlayıb pir yolunda icarəyə veriblər - SİNİF YOLDAŞLARI TUTULDU
Şabran rayonu ərazisində at oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon Polis Şöbəsinə (RPŞ) otlaq sahələrində atların yoxa çıxması barədə müraciətlər daxil olub.
Müraciətlərə əsasən əməliyyat qrupu yaradılıb. Polis əməkdaşları oğurlanan atları Quba rayonu ərazisində tapıb. İstintaq tədbirləri zamanı atları oğurlamaqda təqsirli bilinən iki sinif yoldaşı saxlanılıb. Şabran rayonu Şahnəzərli kənd sakinləri 24 yaşlı Sadiq Hüseynov və onun həmyaşıdı Elxan Nuriyev iki ay müddətində Şabran və Xaçmaz rayonu ərazisindən 12 at oğurladıqlarını etiraf ediblər. Atlarının bir qismi dəyərindən aşağı qiymətinə satdıqlarını, bəzilərini Babadağına getmək istəyən şəxslər icarəyə verdiklərini bildiriblər.
Tapılan atlar sahiblərinə təhvil verilib.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində əməliyyat axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV