Bakıda qazaxıstanlı iş adamının meyiti tapıldı

Qazaxıstanlı iş adamı Bakıda qəflətən ölüb.

 

APA TV-nin məlumatına görə, "Bakı Taxıl Terminalı" MMC-nin idarə heyətinin sədr müavini Rafi Kubeysinov Yasamal rayonu ərazisindəki evində hamam otağında qəfil dünyasını dəyişib. Onun yüksək təzyiqdən öldüyü bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR