Amerikalılar prezidentə inanmır - TRAMPIN REYTİNQİ DÜŞÜR

ABŞ prezidenti Donald Trampın ölkə vətəndaşları arasındakı reytinqi andiçmə mərasimindən ötən müddətdə ən aşağı səviyyəyə enib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu CNN telekanalının sifarişi ilə keçirilən rəy sorğusu göstərir. Belə ki, əgər fevral və mart aylarında respondentlərin 45 faizi ona rəğbət bəsləyirdisə, hazırda bu rəqəm 38 faizə enib. Prezidentin fəaliyyətini dəstəklənməyənlər isə rəyi soruşulanların 56 faizini təşkil edir.

 

Respondentlərin qarşısına qoyulan "Trampa etibar etmək olarmı?" sualına vətəndaşların yalnız 40 faizi müsbət cavab verib, 60 faiz respondent isə prezidentə inanmadıqlarını qeyd edib.

 

Eyni zamanda respondentlərə Ağ Evə etibar edib, etməmələri də soruşulub. Bu suala isə 24 faiz müsbət, 43 faiz vətəndaş isə mənfi cavab verib.

 

Qeyd edək ki, telefon vasitəsilə keçirilən sorğuda ümumilikdə 1018 respondent iştirak edib.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR