Sibirdə güclü meşə yanğınları başladı - PUTİN ORDA İSTİRAHƏT EDİR
Buryatiyada güclü meşə yanğınları başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, respublika rəhbərliyi böyük bir ərazidə yanğına qarşı mübarizəyə başlandığını bildirib.
Fövqəladə vəziyyət elan olunub. Yanğın baş verən bölgəyə girişə qadağa qoyulub. Ərazidəki istirahət mərkəzlərindən turistlər təxliyə edilib, sanatoriyaların fəaliyyəti dayandırılıb. Qaydalara riayət etməyənləri cərimələr gözləyir.
Yanğın gecə saatlarından bu yana böyük bir ərazidə genişlənib. Yanğınla mübarizəyə minə qədər yanğınsöndürən cəlb edilib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin məzuniyyətini sözü gedən bölgədə keçirir. Son günlər onun istirahətini necə keçirməsi ilə bağlı ölkə KİV-də reportajlar və fotolar yayımlanıb. Putinin hazırda orda olub-olmadığı barədə məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV