Çinin xarici ticarət balansına dair hesabat nefti ucuzlaşdırdı
Çinin xarici ticarət balansına dair aylıq hesabat neftin qiymətinə mənfi təsir göstərib. APA TV-nin məlumatına görə, Çinin dollar ekvivalentində ixrac və idxal göstəriciləri dollar ekvivalentində gözlənildiyindən aşağı olub. Bundan başqa ABŞ-ın neft idxalına dair göstəriciləri də birja iştirakçılarımı məmnun etməyib. İyul ayında Birləşmiş Ştatlar gündəlik 8,16 milyon barel neft idxal edib ki, bu da son yeddi ayda qeydə alınan ən aşağı göstəricidir. ABŞ və Liviyada neft hasilatının ən yüksək həddə çatması da qiymətləri təzyiq altında saxlayır.
Bu gün birjalarda "Brent" markalı neftin bir bareli 52,26 dollardan təklif olunur, Qərbi Texas nefti isə 49,26 dollara satılır. İki marka arasında fərqin 3 dollara çatması ABŞ-dan qaynaqlanan amillərin qiymətlərə təsirinin azaldığını göstərir.
Bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair həftəlik hesabatı açıqlayacaq. Proqnoz xarakterli hesabat həftə ərzində qiymətlərin formalaşmasına təsir göstərən əsan amillərdən sayılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV