Çeçenistanda təyyarə avtomobillə toqquşdu - HADİSƏ ANI

Çeçenistanın Şelkovsk rayonunda magistral yolda yüngülmotorlu təyyarə minik avtomobili ilə toqquşub.

 

APA TV-nin məlumatına görə, bu barədə "Grozny.tv" Çeçenistan DİN mətbuat xidmətinə istinadən məlumat verib.

 

Məlumata əsasən, "Rа 0508A" yüngülmotorlu təyyarə naməlum səbəbdən avtomobil yolundan havaya qalxmağa cəhd edərkən "İJ" markalı maşına çırpılıb.

 

Hadisə nəticəsində ağır xəsarət alan pilot xəstəxanaya yerləşdirilib. Polis hadisənin təfərrüatlarını araşdırır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR