Ermənilər dinc sakinləri atəşə tutdu - TOVUZDA 13 YAŞLI OĞLAN YARALANDI
Avqustun 7-də erməni silahlı bölmələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutub.
APA TV-nin Qərb bürosunun məlumatına görə, atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıntılarına dəyib. Nəticədə daş qırıntıları yeniyetməni zədələyib.
Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Qeyd edək ki, bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törədib. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurub.
OXŞAR XƏBƏRLƏR
19:18
331
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
387
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
385
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1041
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
965
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1307