Ağsuda dəhşət: 70 yaşlı kişini canavar parçaladı
Ağsu rayonunda ahıl kişi vəhşi heyvanın hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Padar kəndində qeydə alınıb.
Kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə soxulan canavarın hücumuna məruz qalıb. Həsrət Qurbanov mal-qaraya hücum edən canavarı həyətindən qovmaq istəyərkən ehtiyatsızlıq edib və vəhşi heyvan onu özünü parçalayıb. 70 yaşlı kişi üz, baş və qollarından ağır xəsarətlər aldığı üçün təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılaraq əməliyyat olunub. Ona quduzluğa qarşı tibbi tədbirlər görülüb.
Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
335
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
391
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
389
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1041
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
965
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1307