Saakaşvili saxlanılarsa... - HƏBS MÜDDƏTİ AÇIQLANDI

"Gürcüstan qanunlarına görə Mixail Saakaşvilini 11 illik həbs cəzası gözləyir".

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə,  bu barədə ölkənin Baş Prokurorluğundan məlumat verilib.

 

Rəsmi məlumatda qeyd olunub ki, Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bankir Sandro Qirqvlianinin qətli, həmin cinayət işinə aid dəlillərin məhv edilməsi, külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsi, deputat Valeri Gelaşvilinin döyülməsi, eləcə də "İmedi" telekanalının qanunsuz ələ keçirilməsinin təşkilində ittiham olunur.

 

Qeyd edək ki, ölkə qanunlarına görə M. Saakaşvilinin təqsirli bilinəcəyi halda ona ittihamın irəli sürüldüyü maddələr üzrə nəzərdə tutulan maksimal cəza təyin olunacaq.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR