Rəsmi Tehran: "Qarabağ münaqişəsinin alovlanma təhlükəsi var"
"Dağlıq Qarabağla bağlı məsələdə bizim məsləhətimiz danışıqların davam etdirilməsidir".
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranın hər iki şimal qonşusu ilə çox yaxşı münasibətləri var: "Hər iki ölkə bizim üçün önəmlidir. Bu iki ölkənin arasında mövcud olan münaqişə və ixtilaf böyük problemdir. Bu ixtilaf uzun müddətdir var və bizim məsləhətimiz danışıqların davam etdirilməsi yolu ilə problemin həlli və Cənubi Qafqazda sabitliyin yaranmasıdır".
B. Qasimi regiondakı prosesləri diqqətlə izlədiklərini və sərhədləri nəzarətdə saxladıqlarını söyləyib: "Bu münaqişələrə görə sərhədlərimizi pozmağa icazə vermərik. Lakin digər ölkələrin müdaxiləsi ilə münaqişə alovunun genişlənməsi təhlükəsi mövcuddur".
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV