Polşalı nazir: "ABŞ-dan idxal edilən qazın qiyməti yüksəkdir"
"Əgər qiyməti Qətər və digər ölkələrlə rəqabətə davamlı olarsa, ABŞ-dan sıxılmış təbii qaz idxal etməyə hazırıq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Polşanın xarici işlər naziri Vitold Vaşikovski səsləndirib.
"Bu məsələdə hələ konkret bir qərar yoxdur. Bir neçə ay əvvəl pilot layihə çərçivəsində ABŞ-dan təqribən 2 tanker sıxılmış təbii qaz idxal etmişdik. Lakin məsələnin tam həllini tapması üçün texniki tərəfləri öyrənilməlidir. Hələlik Birləşmiş Ştatlardan bu növ qazın idxal qiymətləri yüksəkdir" - deyə, nazir bildirib.
Qeyd edək ki, iyunun 7-də Polşaya sıxılmış təbii qazın ilk partiyası daxil olub. Rəsmi Varşava bu addımın "Qazprom"la aparılan danışıqlarda ölkəsinin mövqeyini gücləndirəcək addım kimi dəyərləndirib.
Qeyd edək ki, hazırda ölkənin əsas ixracatçısı olan "Qazprom" il ərzində Poşlaya 10,2 milyard kubmetr qaz ixrac edir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV