Tovuzda çörək sexi yandı
Tovuzda çörək sexində yanğın olub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi Tovuz şəhərində Eldəniz Quliyev küçəsində qeydə alınıb.
Rayon sakini Nəsrəddin Məmmədova məxsus ümumi sahəsi 750 kvadratmetr olan sexin 350 kvadratmetri yanaraq yararsız hala düşüb. Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 5 yanğınsöndürən avtomobili əraziyə cəlb olunub. Obyektin qalan hissəsi alovdan mühafizə olunub.
Qeyd edək ki, yanğın zamanı sexdəki avadanlıqlar və 1000 kisəyə qədər un yanaraq yararsız hala düşüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
19:18
330
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
386
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
384
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1041
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
965
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1307