Lavrovla Tillerson görüşdü - SUALLAR CAVABSIZ QALDI

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Reks Tillerson Manilada bir araya gəlib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, görüş Filippin paytaxtında ASEAN ölkələrinin sammiti çərçivəsində baş tutub.

Görüşdə Suriya münaqişəsinin həlli, Şimali Koreyanın nüvə proqramı və Moskva ilə Vaşinqton arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

Bu, Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdikdən sonra diplomatların ilk görüşüdür.

Jurnalistlərin sözü gedən məsələ ilə bağlı suallarına tərəflər cavab verməyib.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR