Neft ucuzlaşır, OPEK nazirləri müzakirələrə başlayır

Bu gün Abu-Dabidə OPEK-ə üzv bəzi ölkələrin və hasilatın azaldılması proqramında iştirak edən qeyri-kartel ölkələrinin neft nazirlərinin iştirakı ilə görüş keçiriləcək. APA TV-nin məlumatına görə, görüşdə OPEK razılaşmasının yerinə yetirilməsi səviyyəsi müzakirə olunacaq. Görüş ərəfəsində neftin qiymətinin ucuzlaşması birjaların toplantıdan qiymətləri dəstəkləyəcək xəbərlər gözləmədiyini göstərir. Bundan başqa həftə ərzində OPEK və Beynəlxalq Enerji Agentliyinin neft bazarında tələb və təklifə dair aylıq hesabatları açıqlayacaqlar. Bu hesabatlar neftin qiymətinə dair qısamüddətli təxminlər irəli sürməyə əsas verəcək.

 

Həftə ərzində ABŞ-da şist nefti hasilatının azalacağı ehtimalları yüksəlib. Buna səbəb şist nefti hasilatına cəlb olunan buruqların sayının 1 ədəd artmasıdır. 

 

Həftənin ilk seanslarında birjalarda "Brent" markalı neftin qiyməti 52,24 dollar, Qərbi Texas neftinin qiyməti isə 49,41 dollar təşkil edib. Qiymətlərin azalıb-artması ilk növbədə Abu-Dabi görüşündən gələn xəbərlərdən asılı olacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR