Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçdı
Gecə saatlarında Bakıda piyadanı avtomobil vurub. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib.
Paytaxt sakini, 1959-cu il təvəllüdlü Tağıyev Allahverdi Səməd oğlu yolun qarşı tərəfinə keçmək istəyən zaman onu "Mercedes" markalı minik maşını vurub. Ağır xəsarət almış A.Tağıyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu deyilir.
Qeyd edək ki, piyadanı vuran sürücü ona kömək etmək əvəzinə öz avtomobili ilə birgə hadisə yerindən uzaqlaşıb. Bununla belə, onun yeri müəyyən edilərək saxlanılıb. Hazırda istintaq araşdırmaları aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
330
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
386
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
384
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1041
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
965
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1307