"Sabunçu bazarı"nda güclü yanğın olub, mağazalara ziyan dəyib

Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzində yanğın baş verib.

APA TV xəbər verir ki, yanğın 200 kvadrat metr ərazini əhatə edib. Nəticədə vətəndaşlara məxsus ümumi sahəsi 65 kv/m olan mağazanın yanar konstruksiyaları, ümumi sahəsi 12 kv/m olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 kv/m sahədə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Nazirliyin yaydığı məlumata görə, hazırda yanğının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Bəzi mağazalarda əşyalar yanaraq külə dönüb.

İlkin ehtimal olaraq yanğına kafelərdən birində elektrik xəttində qısa qapanma səbəb olub. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR