Tərtər sakininin həyətində çox sayda çətənə kolları tapıldı
Tərtər polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib. APA TV-nin Qarabağ müxbirinin verdiyi xəbərə görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun cəbhə xəttinə yaxın yerləşən Qaziyan kəndində xüsusi qulluq göstərilməklə yetişdirilmiş çətənə plantasiyası aşkarlanıb.
Belə ki, rayon sakini Camal Məmmədovun həyətində narkotik xassəli kolların olması barədə məlumatı araşdıran Tərtər RPŞ-nin əməkdaşları həmin şəxsin yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirib. Nəticədə oradan xeyli sayda qurudulmuş və yaş halda çətənə kolları aşkar edilib. Polisin gəlişindən xəbər tutaraq qaçan C.Məmmədov sonradan saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Faktla bağlı polis şöbəsində istintaq araşdırmaları başlanıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV