Zaqatalada iki maşın toqquşdu: 70 yaşlı sürücü xəstəxanada keçindi

Zaqatalada ağır yol qəzası qeydə alınıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə avqustun 4-ü axşam saat 23:00 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində qeydə alınıb.


1991-ci il təvəllüdlü Zaqatala rayonu Yuxarı Tala kənd sakini Rəsul Qurban oğlu Ramazanovun idarə etdiyi "VAZ 21 09" markalı, 62-BX-341 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhər sakini 1947-ci il təvəllüdlü Qulu Ağabala oğlu Razıyevin idarə etdiyi "VAZ 21 06" markalı, 08-BA-258 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Qəzadan sonra hər iki avtomobilin sürücüsü və Qulu Razıyevin avtomobilində olan sərnişin - 1976-cı il təvəllüdlü Anar Tofiq oğlu Hacıabdulhəmidzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Həkimlərin səyinə baxmayaraq, yaralılardan 70 yaşlı Qulu Razıyevin həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralının vəziyyətləri qənaətbəxş olduğundan, onlar həkim müayinəsindən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR