Qızmar istilər davam edəcək, Bakıda gilavar əsəcək

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, zəif şimal küləyi gündüz  cənub-şərq küləyi  ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə  23-26, gündüz  34-38, Bakıda gecə  24-26, gündüz  36-38 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 isti təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə  20-25, gündüz  35-40, dağlarda gecə 15-20, gündüz  28-33 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR